Həbslər davam edir: Daha bir polkovnik TUTULDU
17.02.2022 288 0.0 0

Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov həbs olunub.

Qazeta.info APA-nın xəbərinə əsasən bildirir ki, Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov barəsində həbs qətimkan tədbirin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

 

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Cəlal Kazımov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

O, 1 milyon manatdan çox mənimsəmədə ittiham edilir.

 

Qeyd edək ki, Cəlal Kazımovun saxlanılması ilə bağlı xəbəri ilk olaraq Lent.az saytı yazıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar