Gürcüstan rəsmiləri Ermənistanda həbs olunan azərbaycanlı haqda açıqlama veriblər
10.08.2015 657 0.0 0

Ermənistan sərhədçiləri iyulun 23-də Ermənistanın Cücə kəndində saxlanılan Faxralı kənd sakini, 1980-ci il təvəllüdlü azərbaycanlı Turqay Mikayılovun sənədlərini tələb ediblər.

Məlumata görə, bunu T. Mikayılovun bacısının həyat yoldaşı Məhəmməd Bayramov deyib.
 
Onun sözlərinə görə, dünən Bolnisi rayonundan gələn müstəntiq hadisənin təfərrüatlarını öyrənib və şahidləri dindirib: "Dünən hamımızı danışdırıblar. Turqayın xarici pasportunu, şəxsiyyət vərəqəsini və doğum haqqında şəhadətnaməsini Ququti adlanan gömrük məntəqəsinə apardım. Onlar da sənədlərin surətini Ermənistan sərhədçilərinə verdilər".

Kvemo-Kartli regionunun qubernatoru Paata Xizanişvili isə Dmanisinin Yırğançay kəndində baş verən hadisədən xəbərdar olduğunu və bu barədə araşdırma aparıldığını bildirib: "Biz hadisəni nəzarətə götürmüşük. Gürcüstanın bütün hüquq-mühafizə orqanları hadisədən xəbərdardırlar. İndi faktları dəqiqləşdiririk. Çalışacağıq ki, vətəndaşımıza lazımi kömək edək".
 
Xatırladaq ki, iyulun 23-də Faxralı kənd sakini T. Mikayılov Ermənistan sərhədçiləri tərəfindən saxlanılaraq İrəvana aparılıb. Bildirilib ki, o, 2 ay İrəvanda saxlanıldıqdan sonra Gürcüstana təhvil veriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar