Gürcüstan- ABŞ birgə təlimləri başladı-Foto
12.05.2015 674 0.0 0

 Vaziani hərbi bazasında Gürcüstan-ABŞ birgə hərbi təlimləri başlayıb.
 
Məlumata görə, tədbirin açılışında Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxış edib.
 
Baş nazir Gürcüstan və NATO Silahlı Qüvvələrinin bölmələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb, Gürcüstan hökumətinin NATO ilə yaxınlaşmada irəliləyişə nail olmaq üçün bütün vasitələrdən istifadə edəcəyini bildirib.
 
Onun sözlərinə görə, Gürcüstan dəfələrlə beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə öz töhfələrini verə biləcəyini  təsdiq edib. “Gürcüstanın Avroatlantik inteqrasiyasının alternativi yoxdur”, deyə İ.Qaribaşvili bildirib.
 
Vazianidə başlanan Gürcüstan-ABŞ birgə təlimləri mayın 11-dən 25-nə kimi keçiriləcək. Təlimdə 600 nəfər ABŞ və Gürcüstan hərbçiləri  iştirak edəcək./apa/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar