«Günəşli» yatağındakı yanğının havadan EKSKLÜZİV GÖRÜNTÜLƏRİ YAYILIB
08.12.2015 1008 0.0 0

 

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın davam edir.Qazeta.info  bildirir ki,  APA TV-nin operatoru qəza və yanğın baş verən özülün havadan görüntülərini çəkməyə müvəffəq olub.

 

Görüntülərdə yanğının davam etdiyi, gəmilərin yüksək təzyiqlər alovun mənbəyinə su vurduğu görünür. Dərin dəniz özülündə baş verən yanğın ekologiyaya da ciddi zərər vurub.

 

Xatırladaq ki, “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. Hadisə baş verən zaman özüldə 63 nəfər olub. İtkin düşənlərdən 6-nın meyiti tapılaraq sudan çıxarılıb, 23 nəfərin axtarışı davam edir.  

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar