«Günəşli» yatağında yanan neft quyuları tam söndürüldü
17.12.2015 422 0.0 0

"Günəşli" yatağındakı yanan 10-cu özüldə neft quyuları tam söndürülüb. Bunu SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

Onun sözlərinə görə, bu, mümkün neft dağıntılarına görə ekoloji fəlakətin qarşısını tam almağa imkan verdi.

Yanan qaz quyularının söndürülməsi yekun mərhələdədir.

N.Quliyev bildirib: "Biz onları qısa müddət ərzində söndürməyə çalışırıq. Yanğın söndürüldükdən sonra platforma yenidən qurulacaq. Bundan sonra quyular yenidən istismara veriləcək"./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar