Gülən Türkiyə ilə bağlı ŞOK TƏLİMAT verdi
09.05.2017 1071 0.0 0

FETÖ-nün ABŞ-da fəaliyyət göstərən qurumu Dayton Türk-Amerika Cəmiyyəti üzvlərindən ABŞ konqresinin üzvlərinə məktub göndərmələrini və Türkiyəni şikayət etmələrini tələb edib.
Qazeta.info Publika.az-a istinadla xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərindən öncə FETÖ-nün ABŞ-da fəaliyyət göstərən bir sıra qurumları skandala imza atıb. Cəmiyyət üzvlərinə ünvanlanmış müraciətdə Türkiyədə referendumdan sonrakı vəziyyətin daha da pisləşməsi və Trampla Ərdoğanın görüşündən narahatlıq dilə gətirilib.
Türk-Amerika Cəmiyyətinin müraciətində ABŞ prezidenti Donlad Trampı bu mövzuda xəbərdar etmək və Türkiyənin Suriyada ABŞ-ın dostu olan kürdləri vurması barədə məlumatlandırmağın vacib olduğuğu iddia edilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar