Göyərtəsində peyklər və kəşfiyyat vasitələri olan Falcon 9 raketi orbitə buraxılıb
03.12.2021 239 0.0 0

"Falcon 9" ağır daşıyıcı raketi göyərtəsində Starlink sisteminin qlobal İnternet əhatə dairəsini genişləndirmək üçün növbəti peyk partiyası ilə uğurla orbitə buraxılıb.

Məlumata görə, istehsalıçı-şirkət SpaceX-in yaydığı məlumatda raketin göyərtəsində həmçinin BlackSky şirkətinin kəşfiyyat peyklərinin olduğu bildirilir.

Bu avadanlıq, o cümlədən Pentaqonun və ABŞ kəşfiyyat xidmətinin fəaliyyəti çərçivəsində vəzifələri yerinə yetirəcək. Raket kosmosa Florida ştatındakı Kanaveral burnunda yerləşən kompleksdən buraxılıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar