Gömrükdə Külli miqdarda dollar tutuldu
13.10.2016 535 0.0 0

Külli miqdarda valyutanin ölkədən çıxarılmasının qarşısı alınıb

Qazeta.info Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycandan Gürcüstan Respublikasına gedən Azərbaycan Respublikası vətəndaşı Muxtarov Qadir Maarif  oğlunun idarə etdiyi “Mercedes E class” markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə  idarənin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 (səkkiz yüz min) ABŞ dolları aşkar edilərək götürülüb.

 Faktla bağlı  araşdırma aparılır.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar