Gömrük əməkdaşlarının xidməti masasının altından 1 kiloqramdan çox Tiryək tapıldı-Azərbaycanda
05.08.2015 1425 0.0 0

 Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn sərnişinlərə və onların əl yüklərinə gömrük nəzarəti həyata keçirilən salonda, sərnişinlərlə sorğu-sual aparılan yerdəki masanın altından 1 ədəd bükümdə xalis çəkisi 1,016  qram olan narkotik vasitə - tiryək  aşkar olunub.

 Qazeta.info Gömrük Komitəsinin məlumatına əsasən qeyd edir ki, “Qoşa Təpə” gömrük postunun piyada keçid xəttində quraşdırılmış təhlükəsizlik kameralarının köməyilə həmin narkotik vasitəni sözügedən yerdə masanın altına atan şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Mirelnur Mürsəlovun olduğu müəyyən edilib.

 Bundan sonra M.Mürsəlovun saxlanılması məqsədilə müvafiq əməliyyat tədbirləri həyata keçirilib və həmin şəxs Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunun qarşısında   saxlanılıb.

 İlkin araşdırma zamanı M.Mürsəlov etiraf edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələrkən sərnişinlərə və onların əl yüklərinə gömrük nəzarəti həyata keçirilən salonda, sərnişinlərlə sorğu-sual aparılan yerdəki masanın altına 1 ədəd bükümdə olan tiryəki atdığını və həmin tiryəki İrandan əldə edərək gətirdiyini bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar