Gənc alimlərə bu il yeni mənzillər veriləcək
29.01.2016 455 0.0 0

Bu il bir qrup gənc alim mənzillə təmin olunacaq.

 

Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib.

 

A.Əlizadə deyib ki, AMEA gənc alimlərin mənzillə təminatı istiqamətində fəaliyyətini davam etdirir: “Təəssüf ki, inşaat firmalarımız işləri bir qədər ləngidir. Söhbət AMEA yataqxanasının ərazisində tikilən yeni binalardan gedir. Gənc alimlərimiz çox səbrlə bu yeni mənzilləri gözləyirlər.  Gənc alimlərə bu ümidi vermişik və buna nail olacağıq. İnşallah, bu ilin sonlarında bu yeni binalarda  60-a qədər gənc alimimiz yeni mənzillərlə təmin olunacaq”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar