Gəlinlə qayınananın hərəkəti görənləri təəccübləndirdi (VİDEO)
30.06.2015 1341 0.0 0

Türkiyənin Bursa şəhərinin mərkəzi küçələrindən birində dəhşətli yanğın baş verib.

Məlumata görə, alış-veriş mərkəzlərinin birindən televizor alan gəlin və qayınana onu taksiyə yüklədib və evə doğru hərəkət ediblər.

Lakin qəflətən tüstü iyini hiss edən sürücü maşını saxlayaraq, kömək çağırıb. Köməyə gələnlərin isə diqqətini gəlin və qayınananın canlarını deyil, televizoru xilas etmələri çəkib. Mühərrik hissədən başlayan yanğın sonradan partlayışla nəticələnib və yaxınlıqda olan 2 evə də ziyan dəyib.

Dərhal hadisə yerinə gələn yanğınsöndürənlər çətinliklə də olsa, bu alovun qarşısını alıblar. Alov 1 saatdan sonra söndürülüb. Polis hadisə ilə bağlı araşdırma aparır./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar