Əfsanəvi Hollivud aktrisası 99 yaşında vəfat edib
19.12.2016 852 0.0 0

Hollivudun tanınmış kino aktrisası Ja Ja Qabor  99 yaşında Kaliforniya ştatında dünyasını dəyişib.

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, macar əsilli aktrisanın ölümünə səbəb ürək tutması olub. Halı pisləşən Ja Ja Qabor  xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

2017-ci ilin fevralında Hollivud ulduzunun 100 yaşı tamam olacaqdı. 1936-cı ildə Ja Ja Qabor "Miss Macarıstan" müsabiqəsinin qalibi seçilib, 1958-ci ildə ABŞ kinematoqrafçılarının "Qızıl qlobus" mükafatına layiq görülüb.

 

Ja Ja Qabor “Mulen Ruj” və “Üç sevgi hekayəsi” kimi məşhur filmlərdə çəkilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar