Fransada 11 sentyabr terroruna bənzər terror aktının qarşısı alınıb
18.10.2019 463 0.0 0

Fransanın asayiş keşikçiləri 2011-ci ilin 11 sentyabrında Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinə hücum stilində terror aktı hazırlığında şübhəli bilinən şəxsi həbs ediblər.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə Fransanın Dаxili İşlər Nаzirliyinin başçısı Kristof Kastanerə istinadən "France Info" radiostansiyası bildirib.

Nazirin sözlərinə görə, "11 sentyabr hadisələrindən ilhamlanan" şübhəli şəxs təyyarə oğurlamağı planlaşdırıb. O, həbs edilib. Kastaner qeyd edib ki, bu, 2013-cü ildən etirarən Fransada qarşısı alınmış 60-cı terrora cəhd aktı olub.

Polisdəki mənbələr bildirib ki, söhbət ölkənin paytaxt departamenti O-de-Sen-də yaşayan 30 yaşlı vətəndaşdan gedir.

Xatırladaq ki, terrorçular tərəfindən oğurlanmış iki sərnişin təyyarəsi 11 sentyabr 2001-ci il Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin əkiz binalarına çırpılıb. Terrorçular tərəfindən idarə olunan daha bir təyyarə Vaşinqtonda Müdafiə Nazirliyinin binasının qərb korpusuna çırpılıb.

Cinayətkarların oğurladığı dördüncü sərnişin təyyarəsi Pitsburq (Pensilvaniya ştatı) şəhərinin yanında yerə düşüb. Rəsmi məlumatlara görə, terror hadisələri zamanı Nyu-Yorkda 2749 nəfər, Vaşinqtonda 189, Pensilvaniyada 44 nəfər həlak olub. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar