Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib -Video
25.12.2017 1154 0.0 0

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Qazeta.info Fövqaladə Hallar Nazirliyinə (FHN) istinadla bildirir ki, bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

  • evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
  • işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
  • ağac tezalışan oyuncaqla bəzədilməməli;
  • qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Bayram şənliyində bunlar nəzərə alınmalıdır:

  • şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
  • şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
  • pəncərədə dəmir barmaqlıq olmamalı;
  • məkanın iki çıxışı olmalı;
  • ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
  • otağın qapıları mütləq bayıra açılmalı;
  • məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
  • şənlikdə işıq tam söndürülməməli;
  • şənliyə tezalışan materialdan paltar geyinilməməli;
  • məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

 


Digər xəbərlər:
Şərhlər
avatar