Formula 1 yarışları ilə əlaqədar yeni palata yaradılır
27.04.2016 704 0.0 0

“Beynəlxalq Avtomobil Federasiyasının tələblərinə əsasən Formula 1 Bakı "Grand Prix" ilə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) reanimasiya və anesteziologiya şöbəsinin nəzdində xüsusi şəraitə malik yanıq palatası yaradılır”. Bunu APA-ya MNX-nın Təcili tibbi yardım şöbəsinin müdiri Raud Əsədov deyib.
 
O bildirib ki, Səhiyyə Nazirliyi və MNX-nın rəhbərliyi tərəfindən yanıq palatasının sxemi hazırlanaraq təsdiq olunub: “Səhiyyə Nazirliyi tərəfindən artıq lazımi tibbi avadanlıq sifariş olunub. Tibbi avadanlıq mayın 15-20-i aralığında Bakıya gətiriləcək. Yanıq palatası bütün standartlara uyğun hazırlanıb. Müvafiq olaraq 10 nəfər həkim və 10 nəfər tibb bacısına Mərkəzi Neftçilər Xəstəxanasında Səhiyyə Nazirliyi tərəfindən məşğələ keçirilib. Reanimasiya şöbəsinin 2 həkimi və 2 tibb bacısı Türkiyənin Ankara şəhərində yerləşən yanıq mərkəzində 1 aylıq təlimdə olublar”.
 
Şöbə müdiri qeyd edib ki, Formula 1 Bakı "Gran Prix" ilə əlaqədar hazırda Türkiyədən dəvət olunmuş həkim-mütəxəssis Bakıdadır: “Həmin professor Bakıdadır. O xəstəxanada yanıq palatasının heyəti və 103 təcili yardım xidməti üçün seminarlar keçirir. Eyni zamanda, Formula 1 Bakı "Gran Prix" ilə əlaqədar MNX-da təcili hallarda koordinasiya, ilk yardım və ixtisaslaşdırılmış yardım sistemi üzərində çalışır”.
 
 
R. Əsədov əlavə edib ki, yanıq palatasında işlər mayın 15-20-i tam yekunlaşacaq.
 
 
Qeyd edək ki, MNX Formula 1 "Gran Prix" əlaqədar əsas tərəfdaş xəstəxana olaraq nəzərdə tutulub. Formula-1 Bakı "Gran Prix"nə bu il iyunun 19-da Bakıda yerli vaxtla saat 18.00-da start veriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar