Fitch: «Xarici valyutadakı aktivlərini qoruyan Azərbaycan hökuməti hörmətə layiqdir»
15.09.2016 498 0.0 0

Valyuta böhranı yaşayan Azərbaycandakı makroiqtisadi şəraiti məqbul adlandırmaq olmasa da, böyük həcmdə xarici valyutada olan aktivlərin qorunması üçün yerli hökumət hörmətə layiqdir.

Məlumata görə, bunu "Reuters" agentliyinə müsahibəsində "Fitch" beynəlxalq reytinq agentliyinin böyük direktoru Pol Gembl deyib.
 
"Hökumətin sərəncamında hələ də iri həcmdə xarici valyutada olan aktivlərin olması ölkənin kredit reytinqi üçün olduqca əhəmiyyətli faktdır", - deyə P. Gembl bildirib.
 
Öz növbəsində agentlik xatırladır ki, cari ilin I yarısında Azərbaycan Dövlət Neft Fondunun aktivləri 4,5% artaraq 35,1 mlrd. dollara çatıb. O da bildirilir ki, ötən həftə inflyasiya ilə mübarizə tədbirləri çərçivəsində Mərkəzi Bank uçot dərəcəsini 15%-dək qaldırıb: "Bundan sonra yerli banklar valyuta alışına qoyulan məhdudiyyətləri aradan qaldırdı"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar