FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib-VİDEO
06.04.2022 305 0.0 0

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev adına Neft Emalı Zavodunun 2 saylı çənlər parkında yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib.

Təlimin keçirilməsində əsas məqsəd neft məhsulu saxlanılan çəndə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin yanğından mühafizə bölmələri ilə birgə Bakı şəhəri Nizami və Xətai Rayon Yanğından Mühafizə hissələri və 1 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Təlim zamanı neft məhsulu saxlanılan çəndə baş vermiş şərti yanğın qısa müddətdə “söndürülüb”.

Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar