FED nümayəndəsindən dollar açıqlaması: İyunda faiz artımı üçün əlverişli şərait yaranacaq
20.05.2016 624 0.0 0

ABŞ-ın Riçmond ştatının Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cefri Lakerin (Jeffrey Lacker) proqnozuna görə, iyun ayında FED uçot dərəcəsini artıracaq.
 
Məlumata görə, C. Laker öz proqnozlarını "Bloomberg" agentliyi ilə bölüşüb: "FED-in aprel ayında keçirilən iclasında da mən faiz artımının lehinə səs vermişdim. Lakin FED rəhbərliyi bununla bağlı yekdil qərara gələ bilmədi. Hesab edirəm ki, iyunda faiz artımı üçün daha əlverişli şərait yaranacaq"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar