«Facebook» istifadəçilərə pul verəcək
21.04.2016 766 0.0 0

“Facebook” sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərə öz nəşrlərindən pul qazanmağa kömək etmək üçün yeni üsullar araşdırır. Məlumata görə, şəbəkə istifadəçiləri statuslarına görə pul qazana biləcək.

Bu düymə istifadəçilərə ianə toplamaq üçün nəzərdə tutulur.
Bu məqsədlə “Facebook” rəhbərliyi istifadəçilər arasında sorğu keçirir. İstifadəçilər şərh və statuslarını pula çevirməsinin ən maraqlı variantlarını seçməlidilər: statusa görə, brendləşdirilmiş kontent və reklamlardan əldə olunan gəlirlərin bir hissəsi.

Sorğunun gedişatında istifadəçilərə həmçinin "hərəkətə çağırış" adlı yeni düymə haqqında fikir bildirmək də təklif olunur. Bu düymə istifadəçilərə ianə toplamaq üçün nəzərdə tutulur. Yeniliyin nə zaman reallaşacağı hələlik məlum deyil.

 

"Facebook"da yeni smayliklər

facebook-un ən son yeniliyi bu il fevral ayında olub. Belə ki, standart “like” düyməsinin əvəzinə daha 6 yeni gülücük istifadəyə verilib. “Like”dan əlavə “sevgi”, “gülüş”, ”sevinc”, “kədər”, “qəzəb”və “təəccüb” emosiyasını istənilən statusun altında yerləşdirmək mümkündür./anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar