Evin zirzəmisində meyit tapılıb
11.02.2016 438 0.0 0

Mingəçevirdə kişi meyiti tapılıb.

 

Məlumata görə, şəhərin İxtiyar Qasımov küçəsindəki fərdi yaşayış evində yaşayan 1984-cü il təvəllüdlü Gözəlov Zaur Alı oğlunun itkin düşdüyü məlum olub.

 

Ailə üzvləri Z. Gözəlovu axtararkən onun meyitini yaşadığı evin zirzəmisində tapıblar. Dərhal Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları mənzilə baxış keçiriblər. Meyit müayinə edilərkən məlum olub ki, Z. Gözəlov zirzəmidə ürək tutması nəticəsində dünyasını dəyişib. 
 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar