DAHA BİR NAMƏLUM HEYVAN SKLETİ TAPILDI
26.12.2014 911 0.0 0

Yevlax rayonunun Aran qəsəbəsində fərdi yaşayış evinin zirzəmisindən naməlum heyvan skeleti tapılıb.

Qazeta.info AzərTAc-a istinadən  xəbər verir ki, sakinlər tərəfindən evdə təmir işləri aparılarkən aşkar edilən skeletin uzunluğu 1 metrə yaxındır. Skeletin kəllə və fəqərə sümükləri, qabırğaları, dişləri, pəncə və caynaqları bizə məlum olan heyvanlardan fərqlidir. Köpək dişlərinin digər dişlərə nisbətən yaxşı inkişaf etməsi onun yırtıcı olduğuna əsas verir.

Heyvan skeletinin qəribə görünüşü sakinlərinin marağına səbəb olub. Skeletə Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşları da baxıblar.

Skelet Yevlax Şəhər Tarix-Diyarşünaslıq Muzeyinə verilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar