Ermənistanın yeni prezidentinin inauqurasiya mərasimi keçirilib
09.04.2018 1302 0.0 0

Ermənistanda yeni seçilmiş prezident Armen Sarkisyanın inauqurasiya mərasimi keçirilib.

 

“News.am” saytına istinadən verilən məlumata görə, bu məqsədlə İdman–konsert kompleksində Ermənistan parlamenti tərəfindən xüsusi mərasim təşkil olunub.

 

Qeyd edək ki, aprelin 2-də A. Sarkisyan ölkənin yeni prezidenti seçilib. A. Sarkisyan ölkəsinin Böyük Britaniyada səfiri vəzifəsində çalışıb, əvvəllər Ermənistanın baş naziri olub.


2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament idarəetmə üsuluna keçir. Prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar