Ermənistanın baş naziri İrana səfər edəcək
07.10.2017 528 0.0 0

Ermənistanın baş naziri Karen Karapetyan İran prezidentinin I müavini İshaq Cahangiri dəvəti ilə oktyabrın 9-da İrana iki günlük səfər edəcək.

Ermənistan KİV-inə istinadən xəbər verilir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, Karapetyan Tehranda İran prezidenti Həsən Ruhani, İshaq Cahangiri və İslamel Respublikası parlamentinin sədri Əli Laricani ilə görüşəcək.

Məlumata görə, Karen Karapetyanın Tehrandakı “Ararat” klubunda erməni icmasının nümayəndələri və erməni din xadimləri, habelə iş adamları ilə görüşü planlaşdırılıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar