Ermənistanda gömrük məntəqəsinin rəis müavini həbs olunub
21.07.2015 490 0.0 0
Ermənistanda gömrük məntəqəsinin rəis müavini saxlanılıb.

 

Ermənistan mətbuatına istinadən verilən məlumata görə, “Baqrataşen” gömrük məntəqəsinin rəis müavini Artuş Qulyan böyük məbləğdə rüşvət alarkən tutulub.

 

A. Qulyan “Amalya Adamyan” şirkərinin Fransa və İtaliyadan gətirilən ətirləri şəxsi yük kimi sənədləşdirib.

 

Qeyd edək ki, hadisə 2007-ci ildə baş verib. A. Qulyan sözügedən şirkətin nümayəndələrindən 5,3 min dollar rüşvət alıb. İttihamın irəli sürülməsinə baxmayaraq, A. Qulyan ədalət mühakiməsindən qaça bilib.

 

Bu ilin aprel ayında A. Qulyan könüllü polisə təslim olub. O, həbs olunub. Cinayət işi artıq məhkəməyə göndərilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar