Ermənistan silahlı qüvvələrinin cəbhə boyu təxribatları davam edir
27.02.2017 1129 0.0 0

Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir.
Qazeta.info Müdafiə Nazirliyinin məlumatına əsasən bildirir ki, Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib.
Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar