Ermənistan prezidenti Rusiya ilə `Birləşmiş qoşun qrupları`nın yaradılması haqqında razılaşmanı təsdiqləyib
23.10.2017 730 0.0 0

Ermənistan prezidenti Serj Sarqsyan “Rusiya Federasiyası və Ermənistan Silahlı Qüvvələrinin Birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında razılığ”ı oktyabrın 23-də təsdiqləyib.

Ermənistan KİV-inə istinadən xəbər verilir ki, bu məlumatı Ermənstan prezdentinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, Serj Sarqsyan Rusiya, Belarus və Ermənistan arasında “Müdafiə sistemləri” dövlətlərarası maliyyə-sənaye qrupunun yaradılması haqqında razılşamanı təsdiqləyib.

Məlumatda həmçinin o da bildirilir ki, İordaniya Haşimilər Krallığı hökuməti ilə Ermənistan arasında sərmayələrin stimullaşdırılması və qarşılıqlı müdafiəsi haqqında razılıq da ratifikasiya olunub. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar