Ermənistan parlamentinin spikeri öz aparatında 22 köməkçi və müşaviri ixtisar edib
27.05.2017 623 0.0 0

Ermənistan parlamentinin spikeri Ara Babloyan öz aparatında 22 köməkçi və müşaviri ixtisar edib.

Ermənistan KİV-nə istinadən verilən məlumata görə, Babloyan bunu qənaət və xərclərin azaldılması zərurəti ilə izah edib.

Qeyd olunur ki, parlament komissiyalarının birləşdirilməsi və sayının 12-dən 9-a azaldılması və iş yükünün artması nəzərə alaraq, komissiyalarda ekspertlərinin sayının artırılması təklif edilib.

Spiker büdcənin imkanları ilə kifayətlənməyə və kimin daha çox ixtisar etməli olduğu haqda mübahisə etməməyə çağırıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar