Ermənilərin Azərbaycan ərazisində inşa etdiyi hərbi akademiyanın tikintisi dayandırdı
27.08.2015 613 0.0 0

Ermənilərin Azərbaycanın işğal olunmuş Ağdərə rayonun Vəng kəndində tikdiyi hərbi akademiyanın tikintisi dayandırılıb.

news.am saytına istinadən verilən xəbərə görə, bu barədə kəndin "icra nümayəndəliyi"ndən bildirilib. Tikintinin dayandırılmasının səbəbi və bundan sonra davam edib-etməyəcəyi barədə məlumat verilməyib.
 
Qeyd edək ki, akademiyanın tikintisini erməni iş adamı, Dağlıq Qarabağdakı separatçı rejimin himayəçilərindən sayılan Levon Ayrapetyan maliyyələşdirirdi.
 
Moskvada "Başneft" işi üzrə saxlanılan, çirkli pulların yuyulmasında, maliyyə fırıldaqlarında ittiham olunan Levon Ayrapetyan sonradan ev dustaqlığına buraxılıb. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar