Ermənilər Los Ancelisi bir-birinə qatdı (FOTO)
04.08.2015 683 0.0 0

ABŞ-ın Los-Anceles ştatında Venis-Biç sahilində erməni əsilli üç nəfər xilasediciyə hücum edib.

Buna səbəb isə xilasedicinin estakadada gəzən həmin şəxslərə xəbərdarlığı olub. Belə ki, o, iki kişi və bir qadın olan qrupa müraciət edərək, “siqaret çəkmək qadağandır” işarəsini göstərib. Elə söz-söhbət də bundan sonra başlayıb. Bu xəbərdarlıqdan sonra Ermənistan vətəndaşı Ara Sarkisyan və Bayran Xarutyun xilasediciyə hücum edərək, onunla əlbəyaxa olublar. 

 

Ermənilərlə xilasedici arasında dava

 

Bu zaman yoldan keçən bir piyada üç erməninin hücumuna məruz qalan xilasedici yə köməyə gəlib. 

Amerikalı xilasedici güc toplayaraq, ermənilərə lazımı cavabı verə bilib. Bu vaxt kənarda olan digər erməni - Arusyak Qekçiyan xilasedicinin üzərinə tullanır və erməni xislətinə uyğun olaraq qışqırır, onu cinsi təcavüzdə ittiham edir.

Los-Anceles polisi artıq məsələni araşdırır. 30 yaşlı Bayran Xarutyun, 28 yaşlı Ara Sarkisyan və 28 yaşlı Arusyak Qekçiyan həbs olunublar. Onlar dövlət işçisini hücum və təhqir etməkdə ittiham olunurlar.

Çimərlikdəki xilasetmə xidmətinin rəhbərinin sözlərinə görə, həmin qurumun xilasedicisi həmişə qayda pozuntusu olanda bu haqda dəniz kənarında gəzənləri xəbərdar edir. Lakin belə halla ilk dəfədir ki, qarşılaşır. 

“Yadıma düşmür ki, nə vaxtsa, belə aqressiv münasibətlə rastlaşaq. Adətən, yerli sakinlərə hər hansı xəbərdarlıq olunursa, onlar bunu normal qarşılayırlar”./anspress/

 


Xilasediciyə hücum edən ermənilər


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar