Erməni soyqırımını tanıyan Avropa Parlamentinin bu qətnaməsi də təzadlı və qərəzlidir
11.09.2015 824 0.0 0

 

Avropa Parlamentinin qətnaməsinin təzadlı, qərəzli və bilərəkdən Azərbaycan əleyhinə qəbul etdirilməsini düzgün  başa düşmək üçün ilk növbədə müzakirələrdə deputatların səsləndirdikləri fikirlərin araşdırılması vacibdir.

Qərarın təzadlı və qərəzli olmasını müzakirələrdə səsləndirilən aşağıdakı fikirlər tamamilə sübut edir.  

1. Müzakirələrdə çlıxış edən bəzi parlament üzvləri belə qətnamənin "düzgün addım olmadığını" deyərək onun qəbulunun əleyhinə səs verəcəklərini bildiriblər. 

2. Bəzi deputatlar "Hökumət universal insan haqlarına hörməti inkişaf etdirmək üçün konkret addımlar atana qədər, Azərbaycanla Strateji Əməkdaşlıq haqqında Saziş üçün danışıqlar dərhal dayandırılmalıdır" ifadəsinin qətnamədən çıxarılmasını tələb ediblər.

3. Azərbaycan əleyhinə sanksiyalara qarşı çıxış edən deputatlar haqlı olaraq deyiblər ki, bu qətnamədə ikili standartlara yol verilir. Deputaların bir çoxu güclü arqumentlərlə çıxış ediblər.

4. Bir deputat isə maraqlı kontur arqument gətirib. "O zaman niyə Çinlə biznes aparırsınız? Nigeriyadan neft alırsınız?".

5. Bəzi deputatlar deyiblər ki, gəlin Azərbaycana ağıl öyrətməyək.

 

Avropa Parlamentinin qərəzli və məkrli qətnamələrindən biri və ən böyüyü isə bir neçə ay bundan öncə qondarma erməni soyqırımını tanıması haqqında qətnamə olub.

Bu qətnamə açıq şəkildə göstərir ki, Avropa Parlamentində qətnamə qəbul olunarkən deputatların bir çoxu əvvəlcədən məsələnin mahiyyətindən hali olur və səs verərkən ona məlum olan və fayda gətirən proqrama səs verir.

Deputatların əksəriyyəti nəyə səs verdiklərini başa düşmür. Sadəcə eyforiyaya düşərək qərəzli və təzadlı qətnamələrin lehinə səs verirlər.

 

 

Prof.Dr. Qüdrət İsaqov

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar