Emin Ağalarov «qalmaqallı siyasətçi» Tramp haqqında: «Məğlubedilməzdir»
05.05.2016 644 0.0 0

ABŞ prezidentliyinə namizədlərin marafonu davam edir. Keçən gün müsəlmanları təhqir etməklə və digər səs-küylü ifadələri ilə özünə "qalmaqallı siyasətçi" adını qazandıran amerikalı miliyonçu Donald Tramp yeni qələbəsini qazanıb.

Məlumata görə, Trampın rəqibi Ohayo qubernatoru Con Kasiç marafonu buraxaraq seçki kampaniyasını dayandırdığını elan edib.

"The Washington Post" qəzetinin mövqeyinə görə, bu "qələbə" ABŞ mənəviyyatının məğlubiyyətidir. Lakin hamı belə fikirləşmir.

Rusiyanın tanınmış müğənnisi və iş adamı Emin Ağalarov ABŞ prezidentliyinə namizəd Donald Trampın son qələbəsini şərh edərkən bildirib ki, o, heç vaxt məğlub olmur.

 

Müğənni İnstagram səhifəsində Tramla birlikdə olan şəklini paylaşıb.


Qalmaqallı siyasətçini qələbə münasibətilə təbrik edən Emin Ağalarov paylaşdığı şəklin altında bunları yazıb:

“O deyib ki, əgər mən qaçarsam, böyük ehtimalla qələbə çalaram və bu adam heç vaxt uduzmur. Biz bunu bilirdik və buna indi əminik. Donald Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi qələbəsini təmin edib. İnanılmaz xəbərdir!!!”.

Trampla Ağalarovların əməkdaşlığı və dostluğu Moskvada ilk dəfə təşkil edilən “Miss Kainat” müsabiqəsindən başlayıb. İndiki prezidentliyə namizəd Eminin kliplərindən birində də yer alıb.

 

     

Emin Ağalarov (sol), Donald Tramp (orta), Araz Ağalarov (sol)

 Tramp ötən ayın sonlarında müsəlmanlara qarşı çıxışlarla gündəmə gəlmişdi. O bildirmişdi ki, müsəlmanlar ABŞ-ın təhlükəsizliyi üçün ciddi problem kəsb edirlər və buna görə də onların ölkə ərazisinə buraxılması məhdudlaşdırılmalıdır.

“Minlərlə müsəlman bizim ölkəmizə gəlir, biz isə onların kim olduğunu bilmirik. Bu, təhlükəsizliyimiz üçün böyük problemdir. Müvəqqəti olaraq sərhədlər müsəlmanların üzünə bağlanmalıdır" - Tramp bildirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar