Elon Mask: `Atam şeytandır`- VİDEO
19.03.2018 793 0.0 0

"Atam şeytandır". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri "SPACEX" və "Tesla" şirkətlərinin sahibi Elon Mask "Rolling Stones" jurnalına verdiyi müsahibəsində deyib.

 

"Atam şeytanın hazırladığı ideal bir maketdir. O, ağlınıza gələ biləcək hər cür vəhşiliyi edə biləcək bir şəxsdir. O qədər vəhşidir ki, siz buna inana bilməzsiniz" - deyə Elon Mask bildirib.

 

Dietoloq və model kimi çalışan anasının da onunla yaxından maraqlanmadığını vurğulayan iş adamı valideynlərindən daha çox, kitablar, xüsusilə də İsaak Asimovun əsərlərindən tərbiyə aldığını etiraf edib.

 

Mədənçilik və inşaat sektorunda 30 yaşı olmadan milyonçu olan Errol Mask isə oğlunun müsahibəsi barədə fikirlərini söyləyib: "Həyatda ən böyük vəhşiliyim, evimə silahlı basqın edən 6 nəfərdən 3-nü öldürməyimdir, ancaq məhkəmə mənə bəraət verdi. İşlərimizin çoxluğu ilə əlaqədar nə mən, nə də Maye uşaqlarımızla çox maraqlana bilməmişik. Elon hələ böyüməlidir. Özünü uşaq kimi apardığı üçün indi məni şeytan adlandırır".

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar