Elmira Axundova: `Onlar kişilikdən o qədər uzaqdırlar ki...`
03.04.2018 682 0.0 0

“Bu insanlar o qədər səviyyəsizdir, o qədər kişilikdən uzaqdırlar ki, onlarla bağlı müzakirəni Milli Məclisdə çıxarmağa ehtiyac yoxdur. Sosial şəbəkədə ölkəmizə qarşı kampaniyanı aparanlar bir neçə nəfərdirlər, heç kim onlara inanmır”.

Bildirək ki, bu sözləri millət vəkili Elmira Axundova Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı səsləndirib.

Millət vəkili bu mövzu ilə bağlı dəfələrlə mediada çıxış etdiyini əlavə edib:

“Mən mətbuatda çıxışımda demişəm ki, Azərbaycana, buradakı siyasətə qarşı mübarizə aparmaq istəyənlər buyurub ölkəmizə gəlib kişi kimi mübarizə apara bilərlər. Ölkəmizdə keçiriləcək prezident seçkisinə namizədlərin irəli sürülməsi müstəqil şəkildə aparılıb. Kimsə namizədini irəli sürməyibsə biz buna nə edə bilərik? Azərbaycan kişisi bıçağı kürəyə deyil, ürəyə vurmağı bacarmalıdır. Mən müxalifətdə deyiləm, lakin yeri gələndə tənqidi fikirlərimi sərbəst şəkildə ifadə edirəm. Buna görə də bizə irad bildirilməyib. Çünki azad ölkədə yaşayırıq”./publika.az/


Digər xəbərlər:
Şərhlər
avatar