Elmar Məmmədyarov Latviyanın Prezidenti Andris Berzinş ilə görüşüb
15.04.2015 694 0.0 0
Xarici işlər naziri Elmar Məmmədyarov 2015-ci ilin 14-15 aprel tarixlərində Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın Prezidenti cənab Andris Berzinş ilə görüşüb. 
 
Qazeta.info XİN-ə istinadla bildirir ki, görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğu qeyd edilib.
 
Elmar Məmmədyarov Avropa İttifaqına sədrlik münasibətilə Latviyanı təbrik edib və sədrlik müddətinin uğurla başa çatdırılacağına əminliyini ifadə edib.
 
Prezident Andris Berzinş Şərq Tərəfdaşlığı çərçivəsində 21-22 may tarixlərində Riqada keçiriləcək zirvə toplantında Azərbaycanın ən yüksək səviyyədə təmsil olunacağına ümidvarlığını bildirib. O, enerji sahəsində Azərbaycan ilə Avropa İttifaqı arasında olan əlaqələri yüksək qiymətləndirib.
 
Elmar Məmmədyarov Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın olduğunu qeyd edərək, bunun digər sahələrə də sirayət etməsinin vacibliyini bildirdi. O, Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın inkişafında TANAP və TAP layihələrinin əhəmiyyətini diqqətə çatdırıb.
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verən Elmar Məmmədyarov münaqişə ilə əlaqədar Latviyanın mövqeyinin iki ölkə arasında imzalanmış sənədlərdə təsbit olunduğunu vurğulayıb. 
Elmar Məmmədyarov 12-28 iyun tarixlərində Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında Latviya nümayəndə heyəti və idmançılarının iştirakının məmnuniyyətlə gözlənildiyini qeyd edib.
 
Prezident Andris Berzinş birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə Azərbaycanı təbrik etdi və latviyalı atletlərin də bu oyunlarda iştirak edəcəyini bildirib.
 
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar