Elmar Hüseynovun qətlə yetirilməsindən 10 il ötür – FOTO, VİDEO
02.03.2015 931 0.0 0
Bu gün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 10 il ötür. 10 il öncə prezident İlham Əliyev qatillərin tapılacağına söz verdi və istintaqı nəzarətə götürdü. ABŞ və Türkiyə xüsusi xidmət orqanlarından mütəxəssislər dəvət olundu. Az sonra istintaq Tahir Xubanovla Teymuraz Əliyevin qətli törətdiyini və onların Gürcüstanda gizləndiklərini açıqladı. Amma həmin şəxslər hələ də həbs olunmayıb. Rahat şəkildə Gürcüstanda dolaşırlar.
 
2014-cü ildə E.Hüseynovun atası Sabir Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün dünyasını dəyişdi. Mərhum jurnalistin ölümündən qısa müddət sonra onun həyat yoldaşı Ruşaniyyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət etdi. Hazırda E.Hüseynovun ailəsi adına ölkədə bacısı və qardaşı qalıb.
 
Mərhumun ölümünün 10 illiyi onun məzarı üzərində yad edildi. Baş tutan anım mərasiminə mərhumun yaxınları, dostları, siyasi-ictimai xadimlər, partiya sədrləri və jurnalist həmkarları qatılmışdılar. /musavat.com/
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar