Ekspert: Ermənistana real siyasi təzyiq olmadan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət dəyişməyəcək
09.08.2017 824 0.0 0

Yalnız diplomatik dildən istifadə etməklə və real siyasi təzyiq olmadan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə dəyişiklik olmayacaq.

Bunu Dağlıq Qarabağ münaqişəsi üzrə isveçrəli ekspert, “Unudulmuş münaqişə” kitabının müəllifi Andre Vidmer deyib.

O bildirib: “Təəssüf ki, Suriya, İraq, Yəmən və Ukraynadakı müharibələr və Şimali Koreya böhranı fonunda Qarabağ münaqişəsi sanki beynəlxalq

 

ictimaiyyət tərəfindən unudulub. Belə görünür ki, 2016-cı ilin aprelində qeydə alınan eskalasiyadan sonra əsas oyunçular – Rusiya və ABŞ münaqişənin həll olunması üçün kifayət qədər güc sərf etmək niyyətində deyillər”.

Ekspert qeyd edib ki, münaqişənin həlli yolları Moskvanın əlindədir: "Rusiyanın iqtisadi və siyasi gücü var ki, Ermənistanı işğalı dayandırmağa məcbur etsin. İlk addım Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların azad edilməsi ola bilər. Amma təəssüf ki, Rusiya həqiqətən də postsovet məkanındakı münaqişələrin həll olunmasında maraqlı deyil”.

Qeyd edək ki, Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar