Dünyanın ən çox sərnişininə sahib olan hava limanlarının siyahısı açıqlanıb
31.05.2017 1241 0.0 0

Beynəlxalq Hava Limanları Konseyi (ACI) 2016-cı il dünyanın ən çox sərnişinə sahib olan hava limanlarının siyahısını açıqlayıb.

Qazeta.info "Report"-a istinadən xəbər verir ki, siyahıda ilk sıranı Hartsfield-Jackson Atlanta hava limanı tutub. Bu aeroport 2016-cı ildə 104 171 935 sərnişin ziyarət edib. İkinci sırada 94 393 454 sərnişinlə Pekin aeroportu yer alıb. 2016-cı ildə dünyada ən çox sərnişinə sahib olan üçüncü aeroport isə 83 654 250 nəfərlə Dubaya məxsusdur. Aşağıda digər aeroportların siyahısı yer alıb:

4. Los-Angeles - 80 921 527

5. Tokio - 79 699 762

6. Chicago O'Hare - 77 960 588

7. Heathrow - 75 715 474

8. Hong Kong - 70 305 857

9. Shanghai Pudong - 66 002 414

10. Paris Charles de Gaulle - 65 933 145

11. Dallas/Fort Worth - 65 670 697

12. Amsterdam Schiphol - 63 625 534

13. Frankfurt - 60 786 937

14. İstanbul - 60 119 876

15. Guangzhou Baiyun - 59 732 147

16. Nyu-York/John F. Kennedy - 58 873 386

17. Singapur Changi - 58 698 000

18. Denver - 58 266 515

19. Seul/Incheon - 57 849 814

20. Bangkok - 55 892 428


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar