Dünyanın ən cəld və dəqiq heyvanı müəyyən edilib
16.02.2018 1063 0.0 0

Yer kürəsinin ən sürətli, çevik və dəqiq heyvanı müəyyən edilib.

Məlumata görə, aparılan müşahidələr nəticəsində məlum olub ki, hörümçək-yengəclər (Selenops) 0,12 saniyə ərzində 360 dərəcə fırlanaraq öz qurbanına dəqiq zərbə endirə bilir.

Hörümçək yengəclər yana və geriyə doğru hərəkət edə bilir. Bu hörümçəklər Cənubi və Şərqi Asiyada yaşayır. Yaşayış evlərində də hörümçək-yengəclərə rast gəlmək olur.

Qeyd olunur ki, bu hörümçəklər tor qurmur. Onlar öz qurbanlarını pusqudan ovlayır./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar