Dünyada ilk dəfə pilotsuz uçan taksi sınaqdan keçirilir
14.03.2018 802 0.0 0

Yeni Zelandiyanin Kraysçörç şəhərində dünyada ilk dəfə olaraq pilotsuz uçan taksi sınaqdan keçirilir.

Məlumata görə, bu pilotsuz taksiyə "Cora" adı verilib. Nəqliyyat vasitəsi vertolyot kimi şaquli vəziyyətdə enə və qalxa, təyyarə kimi uça bilir.

"New Zealand Herald" qəzeti layihə üzərində işlərin 8 il davam etdiyini yazır. Layihəni hazırlayan "Zephyr Airworks" şirkəti uçan taksini qarşıdakı 6 il ərzində bazara çıxarmağı planlaşdırır.

Pilotsuz taksi iki sərnişini daşıya biləcək. Elektrik mühərrikə sahib bu nəqliyyat vasitəsi ətraf mühit üçün təhlükəsizdir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar