Dünyaca məşhur azərbaycanlı musiqiçinin qızı Moskvada xəstəxanaya yerləşdirilib
28.11.2021 393 0.0 0

Dünyaca məşhur violonçel ifaçısı, dirijor, musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, XX əsrin dahi violenç ifaçılarından biri, SSRİ Xalq artisti, Bakıda doğulmuş Mstislav Rostropoviç və opera müğənnisi Qalina Vişnevskayanın qızı Olqa Rostropoviç Moskvada xəstəxanaya yerləşdirilib.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, qadın evdə yıxılıb. Bu zaman onun barmaqları zədələnib və huşunu itirib. Olqa Rostropoviç xəstəxanaya çatdırılıb və yüksək təzyiqlə Kardiologiya şöbəsinə yerləşdirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar