Dünya şöhrətli «Turandot» Nizami Gəncəvinin əsəri çıxdı (VIDEO, FOTO)
29.07.2015 911 0.0 0

Nizami Gəncəvinin həyat və yaradıcılığını araşdıran ABŞ-ın Kembric universitetinin tədqiqatçısı Kristina Van Ruyemberk maraqlı faktı üzə çıxarıb. Məlum olub ki, Cakomo Puçininin "Turandot" operası Nizami Gəncəvinin ""Xəmsə"sinə daxil olan "Yeddi gözəl" poemasının sujeti üzərində qurulub. Əsərdə Nəzrin Nuş adlı slavyan əsilli xanım şahzadəsi Sasani şahı beşinci Bəhramın həyat yoldaşı olur. Adıçəkilən xanım Bəhrama qırmızı rəng və öz həmyerlisi olan "Adsız şahzadə xanım" haqında hekayə danışır. "Reymberk vurğulayir ki,operanın poema sujetinin üzərində qurulması haqqında məlumatları o hissə-hissə toplayıb. Puççini həmin operanı Karlo Qossinin eyniadli pyesi əsasında yazıb. 

 


Nizami Gəncəvi

 


Cakkomo Puççini 


Onu da əlavə edək ki, bu pyes Puççinin ölümü səbəbindən yarımçıq qalıb, Əsərin təqdimatı ilk dəfə müəllifin ölümündən iki il sonra 26.04.1926-cı ildə Milanda baş tutub. Lakin Qossinin özünün sujet xəttinin hardan götürdüyü Kristinaya qaranlıq qaldığından o Puççinin həyat və yaradıcılığını araşdıran Lorenso Ferreroya müraciət edib. 

 


Lorenso Ferrero

 


Turandot


Tədqiqatçı bunu belə izah edir: "Biz əmin ola bilərik ki, Qossi "Fars kitabını" oxuyaraq Nizaminin əsərindəki hekayəni tərcümə edərkən müəllifin adını göstərməyib. 

 


Qossi

 


Ejen Delakrua

 

Çox güman ki, heç Delakrua “1001 gün” adlı kitabında təsvir etdiyi tarixçələrin müəllifi olduğundan xəbərsiz olub. Bu pyesi Karlo Qossi Delakruanın (1001- bir gün) kitabı əsasında yazıb. Maraqlısı odur ki, Delakruanın "Adsız slavyan şahzadəsi Turandot" Nizaminin əsərində "Turan torpaqlarının qızı" adı altında oxucuya təqdim olunur. Burdan da belə çıxır ki, Delakrua haqda deyilənlər ehtimallar yox, həqiqətdir.

Kristina Van Reymberkin araşdırması göstərir ki, bu İtaliya operasının ilkin mənbəsi olan Nizamidən musiqişünasların əksəriyyəti xəbərsiz olub. "La Skala" teatrının rəsmisi qeyd edib ki, hazırda operada musiqi daha çox əhəmiyyət kəsb edir. Operanın yaranma tarixçəsi isə elə də maraqlı deyil. Teatrdan onu da bildiriblər ki, Nizaminin adı müqayisə üçün yalnız bir dəfə çəkilib.

Məlumat üçün demək lazımdır ki, "La Skala" tetrında hər il operanın yeni səhnə quruluşuna aid braşurlar buraxılır. Həmin kitabçalarda, əsərin yaranma tarixi onun müəllifləri haqda dolğun məlumat verilir. 

 


La skala teatrı


Turin universitetinin ədəbiyyat üzrə professoru Mariya Tereza Ciaveri 2010/2011-ci ildə yazılmış “Giunge da lontano, la principessa crudele…” adlı məqaləsində Nizaminin poeması və Puççininin opera librettosu arasında öz müqayisəsini aparır. 

 


Turin universiteti

 


Təəssüflər olsun ki,Terezanın Nizami və onun yaratdığı şahzadə xanım obrazı haqda ayrıca kitabının çap olunmasına dair irəli sürdüyü təklif "La Skala" teatrın müdüriyyəti tərəfindən rədd cavabı alıb. Bir neçə müddətdən sonra teatrın müdriyyətinin dəyişməsinə baxmayaraq operaya aid olan yeni kitabçalarda Nizami Gəncəvinin adının heç olmaması hardasa təəccüb doğurdu. 

Bu məsələ ilə bağlı  sualları dünya şöhrətli opera ifaçısı Azərbaycan Respublikasının xalq artisti Xuraman Qasımova cavablandırıb. 

Xalq artisti "Turandot " operası Azərbaycan Opera və Balet teatırında nümayiş olunmadığını deyib. Xuraman xanım hesab edir ki, ümumiyyətlə bütün şərq poemaları biri-birinə bənzəyir. Bu opera da istisna deyil. "Turandot" operası Nizaminin "Yeddi gözəl" poeması üzərində yazıldığı haqda məlumatım əvvələr yox idi",- deyə Xuraman xanım bildirib. 

 


Azərbaycan Opera və Balet teatrı

 


Siz bu operanın Azərbaycanda səhnələşdirilməsinin təşəbbüskarı olmaq istərdinizmi sualına, o belə cavab verdi:
"Bu çox maraqlı operadır. Bu operada Puççinin gözəl musiqi, çox ifası çətin olan ariyalar var. Lakin biz öz ölkəmizdə bütün ideyalarımızı həyata keçirə bilmərik. Bu operanın bütovlükdə opera səhnəmizdə ifa olunmasına mən şübhə ilə yanaşıram". Buna səbəb kimi, Xuraman xanım teatırımızın hazırki texniki cəhətdən zəifliyini vurğulayaraq bu cür ciddi operanı bütün lazımı effektlərlə nümayiş etdirmək imkanının olmamasını bildirib. "Lakin operdan bəzi parçalar hansısa konsert zamanı ifa olunması yerinə düşərdi". 

O, xaricdən opera truppasını "Turandot"u ifa etmək üçün dəvət etməyi də düzgün saymır. Opera ifaçısı truppanı tam tərkibdə yox, yalnız əsas rolların ifaçılarını dəvət etmək ola biləcəyini deyir. 

Bu faktla bağlı Nizami Gəncəvi muzeyi ilə əlaqə saxladıq.
İlk növbədə bu məlumatdan muzeyin xəbərinin olub olmamağını soruşduq.

 


Nizami Gəncəvi muzeyi

 


Muzeyin rəsmisinin sözlərinə görə, onlar bu faktdan təzəlikcə xəbər tutblar. Ekspozisiyanın qorunması şöbəsinin müdüri Tomris xanımın sözlərinə görə, N.Gəncəvinin hüququları onsuzda illər boyu pozulub.Tarix boyu devitantlar(hansısa faktla bağlıtamamilə məlumatsız insan) onu fars şairi kimi tanıdıblar. Bu məsələ ilə Nizaminin tədqiqatçıları məşğul olsunlar." Şöbə müdürü onu da əlavə etdi ki, muzeyin imkanlarına yalnız bu faktın yerli və xarici muzey ziyarətçilərinə bundan sonra mütləq şəkildə çatdırılması daxildir. O ki, qaldı bu məsələni dünya ictimayyətinə sübut etmək mən kiməm ki? Bununla alimlər və Nizaminin tədqiqatçıları məşğul olmalıdır". 

Bu da Nizami Gəncəvi muzeyinin məsul şəxsindən aldığımız cavab...

Ümid edirik ki, gələcəkdə özümüz belə mühüm faktları üzə çıxaraq və sənətkarlarımıza daha yaxşı sahib çıxaq. /anspree/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar