Dünya ölkələrinin liderləri Azərbaycan prezidentini təbrik ediblər
30.05.2015 567 0.0 0
Fələstin Dövlətinin prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib.

 

Məlumata görə, M. Abbasın məktubunda deyilir:

 

“Zati-aliləri, milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə mötəbər hökumətinizə və qardaş Azərbaycan xalqına Fələstin Dövlətinin xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

 

Sizin xalqımıza göstərdiyiniz sıx qardaşlıq dəstəyinə və həmrəyliyinizə, torpaqlarını və müqəddəs məkanlarını qorumaq, milli Fələstin torpağında müstəqil dövlətimizi qurmaq, təhlükəsizlik, sülh və yaxşı qonşuluq münasibətləri məkanına çevirmək üçün ədalətli və qanuni mübarizəmizə göstərdiyiniz diqqətə görə dərin minnətdarlığımızı bildiririk.

 

Zati-alinizə təbriklərimizi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və tərəqqi arzu edirik”.

 

28 May – Respublika Günü münasibəti ilə İ. Əliyevi həmçinin Küveyt vəliəhdi Nəvvaf əl-Əhməd əl-Cabir əl-Səbah,  Tailand Kralı Bumibol Adulyadej, Malayziya lideri Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişah,  Portuqaliya prezidenti Anibal Kavaku Silva və Macarıstan prezidenti Yanoş Ader təbrik ediblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar