Dövlət sərhədini qaçaq keçmək istəyən şəxslərdən külli miqdarda narkotik maddə götürüldü
07.08.2015 614 0.0 0

Bir qrup şəxsin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməsinin qarşısı alınmışdır

Qazeta.info Daxili İşlər Nazirliyinin məlumatına əsasən bildirir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərmiş bir qrup şəxsin qarşısı alınmış, onlar silahlı müqavimət göstərərək geri çəkilmişlər.
Hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram tiryək aşkar edilərək götürülmüşdür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar