«Dostum Vladimirlə görüş iki ölkənin münasibətlərində yeni səhifə açacaq» — Ərdoğan
09.08.2016 774 0.0 0

İtar-Tass agentliyinə istinadən xəbər verilir ki, bu gün Rusiyanın Sankt-Peterburq şəhərində RF prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olacaq.

"Bu, tarixi görüş və yeni başlanğıc olacaq. Mən dostum Vladimirlə danışıqlarımızın iki ölkə tarixində yeni səhifə açacağına və münasibətlərimizin aramızda yaranmış böhrandan öncəki səviyyəyə çatdırılacağına inanıram",- deyə Ərdoğan agentliyə verdiyi müsahibəsində bildirib.

Xatırladaq ki, Türkiyə və Rusiya arasında 8 ay davam etmiş siyasi böhrandan sonra dövlət başçıları bu gün ilk dəfə görüşəcək. /olke.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar