Donetskdə dəhşət yaşandı
04.03.2015 796 0.0 0

Ukraynanın Donetsk şəhərinin Kiyev rayonundakı Zasyadko adına şaxtada bu gün səhər partlayış baş verib və nəticədə 30-dan çox insan həlak olub.

Məlumata görə, bu barədə qondarma DNR-in dağlıq və texniki nəzarət üzrə Dövlət Komitəsinin sədri Vladimir Simbalenko bildirib. 

O deyib ki, xilasedicilər zəhərli qaza görə partlayışın baş verdiyi nöqtəyə girməkdə çətinlik çəkirlər. İlkin məlumatlara görə, 30-dan çox insan ölüb. 

Qondarma DNR-in FHN nümayəndəsi Yulian Bedilo bildirib ki, partlayış martın 4-də səhər saatlarında qeydə alınıb. Şaxtada 73-dən çox fəhlə köməksiz qalıb. Hadisə silahla törədilməyib. Hazırda dağlıq-xilasetmə işləri aparılır, hadisə nəticəsində bir mülki şəxs ölüb, 14 nəfər xəsarət alıb.

Donetskin Kiyev rayonunun rəhbəri İvan Prixodkonun sözlərinə görə, partlayış dəqiqəsində yerin altında 47 fəhləsi olub. Yerin səthinə həlak olmuş 1 işçi və 5 yaralı çıxarılıb, 3 nəfər isə ağır vəziyyətdədir. Qalan fəhlələrlə hələlik əlaqə yoxdur və onlar yerin 200 metr dərinliyində qalıblar./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar