Dollar yenidən bahalaşa bilər
22.08.2016 863 0.0 0

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) məşğulluğun tam təmin olunması və 2%-lik inflyasiya ilə bağlı məqsədlərinə çatmağa yaxındır.

 

APA-Economics” “Reuters”ə istinadən xəbər verir ki, bunu Amerika Mərkəzi Bankının ikinci rəhbər şəxsi sayılan Stenli Fişer deyib.

 

FED-in sədr müavini əmək bazarında vəziyyətin yaxşılaşdığını əsas gətirərək Amerika iqtisadiyyatının sabit olduğunu qeyd edib.

 

Bununla belə o, faiz dərəcələrinin nə zaman artırılacağı ilə bağlı məlumat verməyib.

 

Ekspertlər bu çıxışı 2016-cı il ərzində faiz dərəcələrinin artırılacağına işarə kimi qəbul etsə də, investorlar bu addımın atılacağına inanmır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar