Dollar və avro ucuzlaşıb
01.05.2015 855 0.0 0

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Mərkəzi Banka istinadla verdiyi məlumata görə, dolların məzənnəsində ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0487-dən 1.0482 AZN-ə düşüb.

Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1644 AZN-dən 1.1749-ə qədər bahalaşıb.

Rusiya rublunun kursunda isə ucuzlaşma müşahidə edilib. Rublun dəyəri 0.0207-dən 
0.0204 manata qədər azalıb. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar