Dollar sabitləşib
08.11.2016 931 0.0 0

Asiya birjalarında çərşənbə axşamı keçirilən əməliyyatlarda dolların məzənnəsi sabitləşib.
 
“Reuters” agentliyinə istinadən xəbər verilir ki, Federal Tədqiqatlar Bürosu Hillari Klinton barəsində araşdırmanı dayandırdıqdan sonra xanım namizədin seçkidə qalib olma şansı artıb. Bu isə öz növbəsində birjalarda ABŞ dollarının digər valyutalara nisbətdə bahalaşmasına səbəb olub.  
 
Yapon yeninə nisbətdə dolların indeksi aylıq minimumu (102,54) yeniləyək 104,33 səviyyəsində qərarlaşıb. Avronun məzənnəsi də dollara nisbətdə sabitləşib. Belə ki, Avrozonanın valyutası 1,1043 dollar ətrafında ticarət olunur.
 
Dolların indeksi 97,721 ətrafında dəyişir. Bu isə cümə günü ticarət olunan 96,894 səviyyəsindən xeyli yüksəkdir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar