Dilin vəziyyəti ilə sağlamlığımızı necə təyin edə bilərsizr? FOTO
03.09.2015 2424 0.0 0

Təcrübəli həkim insanın dilinə baxıb onun orqanizmində olan bu və ya digər pozulmaları haqqında məlumat ala bilər.

Aşağıdakı məlumat sizə də belə imkan yaradır. Təbii işıqlandırmada (lampa işığında yox!) dilinizə baxın və həqiqəti bilin. Nəzərinizə çatdıraq ki, dilin vəziyyətini səhər saatlarında ac qarına qiymətləndirmək lazımdır. Tünd çay və qəhvə qəbulundan, qida qəbulundan sonra dilin rəngində və vəziyyətində dəyişikliklər əmələ gələ bilər.

 

Sağlam insan - sağlam dil

 

Dil çəhrayı rəngdədir, nəmdir, üzərində heç bir ərp yoxdur və ya çox nazik, demək olar, görünməyən, ağ iysiz ərp var. Dilin üzərində ləkələr, çatlar və s. yoxdur.

 

Qalın ağ ərp

 

Qalın ağ ərp xroniki qəbizliklərin əlaməti ola bilər.

Əgər dilin üzərində olan qalın ağ ərp hərarət və intoksikasiya ilə (baş ağrısı, oynaq və əzələ ağrıları və s.) müşayiət olunursa, bu infeksion xəstəliyin əlamətidir.

Dilin üzərində olan qalın ağ ərp kandidozun (göbələk xəstəliyi) əlaməti də ola bilər. Kandidozun səbəbi bəzi dərman preparatların qəbulu, immunodefisitlər ola bilər.

Dilin kökündə olan qalın ağ və ya ağ-boz ərp mədə-bağırsaq sistemi xəstəliklərinin  (enterokolit, qastrit, mədə və 12 barmaq bağırsağı xorası) əlaməti ola bilər.

 

Sarı ərp

 

Tünd sarı rəngdə olan ərp qara ciyər, öd kisəsi və öd yolları xəstəliklərinin əlaməti ola bilər.

Qəhvəyi ərp

 

Mədə-bağırsaq və nəfəsalma sistemi pozulmaları zamanı ola bilər.

Çoxlu miqdarda alkoqollu içkiləri qəbul edən və siqaret çəkən insanın dili üzərində qəhvəyi rəngdə ərp əmələ gələ bilər.

Bəzi dərman preparatların qəbulu (bəzi antibiotiklər və s.) dildə qəhvəyi ərpin əmələ gəlməsinə səbəb ola bilər.

 

Göqrafi dil

 

 

Bunun səbəbləri arasında:

- mədə-bağırsaq sistemi xəstəlikləri və pozulmaları

- endokrin sistemi xəstəlikləri (o cümlədən, şəkərli diabet)

- qurdlar

- avitaminozlar (vitamin çatışmazlığı)

- dərman intoksikasiyası (zəhərlənməsi)

- hormonal dəyişikliklər (hamiləlik, menstruasiya, klimaks zamanı əmələ gələ bilər)

 

Solğun-ağ dil

 

 

Anemiyanın (qanazlığı) və avitaminozun əlaməti ola bilər.

Göyümtül dil

Ürək-damar və nəfəsalma sistemi xəstəliklərinin əlaməti ola bilər.

 

Qırmızı dil

 

İnfeksiyanın əlaməti ola bilər.

Dilin al-qırmızı rəngi mədə və 12 barmaq bağırsağı xorası xəstəliyinin kəskinləşməsi zamanı ola bilər.

Moruq rəngində dil skarlatın xəstəliyinin əlamətidir.

 

Dilin kənarlarında dişlərin izləri

 

Hipotireoz (qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi) zamanı dil böyüyür, şişir və tez-tez dişlərin arasına düşür ki, nəticədə onun üzərində dişlərin izləri qalır.

 

Qara dil

 

Belə simptom adətən ağır xəstəliklər (Kron xəstəliyi, öd və mədə altı vəzi ağır xəstəlikləri), orqanizmin kəskin susuzlaşması zamanı müşahidə oluna bilər.

 

Yaşıl dil

 

Mədə-bağırsaq sistemi xəstəlikləri, göbələk infeksiyası, antibiotiklərin qəbulu, immun sisteminin zəifləməsi./saglamolun/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar