DİN valideynlərini itirmiş vətəndaşlara şəxsiyyət vəsiqəsi təqdim edib
06.02.2016 526 0.0 0

 Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin bütün bölgələrində şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir. İşin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Abşeron rayonunda baş tutub. Qazeta.info bildirir ki, bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.
Masazır qəsəbəsində yerləşən, hər iki valideyn himayəsindən mərhum olunmuş şəxslərin yaşadıqları Məzun Evində keçirilmiş səyyar xidmət zamanı ümumilikdə 103 nəfərə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar